2019-cu ilin
sonunda Çin Xalq Respublikasının Uhan şəhərində adi bir virus kimi
yayılaraq bütün dünyanı bürüyərək
pandemiyaya səbəb olan COVİD-19 təəssüf ki, hələ də davam etməkdədir. 2020-ci ilin
fevral ayından qonşu dövlətlərlə bərabər Azərbaycanda da yayılan yeni növ
korona virusa qarşı Cənab Prezidentimiz operativ qərar qəbul ederek lazımı tədbirlər
görülməsi haqqında Sərəncam imzaladı. Əhalinin tibbi maarifləndirilməsi üçün
televiziya və media qurumlarına xüsusi göstərişlər verildi, ölkənin giriş-çıxış
sərhədləri bağlanaraq, nəzarət gücləndirildi. Dünyada vəziyyətin getdikcə kəskinləşməsinə
səbəb olan pandemiyadan az zərərlə çıxılması üçün Cənab Prezidentin tapşırığı
ilə ölkədə karantin rejimi elan edildi, Operativ Qərargah yaradıldı, bütün təhsil
müəssisələri, ictimai iaşə obyektləri , istehsalat müəssisələrin fəaliyyəti
dayandırıldı. Nazirlər kabineti yanında yaradılan operativ qərərgah gün ərzində
bütün media işçilərinə və canlı olaraq televizya və internet portalı üzərindən
izləyicilərə məlumatlar verərək lazimi tövsiyələrini verirlər. Cənab Prezidentin
tapşırığına əsasən, İcbari Tibbi Sğorta Üzrə Dövlət Agentliyi, TƏBİB, DİN və o
cümlədən bütün nazirliklərin, idarə müəsssisələrin səlahiyyətli nümayəndələri
lazimi tövsiyə və məlumatlarını əhaliyə çatdırırlar.
Cənab Prezidentimiz
İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, statistik göstəricilərə virusun daha geniş yayılmasının qarşısı alınır, ölkə əhalisinin aztəminatlı təbəqəsinin maddi
rifahını yaxşılaşdırması üçün işsizlərə 190 manat vəsaitin ayrılması yüksək
alqışa layiq haldır. Əhali sayının nisbətinə görə dünya dövlətləri arasında istər
profilaktik tədbirlərə, istərsə də korona
virus xəstəliyinə yoluxanların müayinəsi, müalicəsi və immoblizasiyası hətta
plüm sayının az olmasına görə birinci
yerlərdə qərarlaşan ölkəmiz bəzi dövlətlərə nümunə olaraq öz praktikasını və
yardımını əsirgəmir. Cənab Prezidentimiz tərəfindən ölkəmizdə aparılan
sosialyönlü islahatlarla bərabər, kadr islahatları pandemiya dövründə öz yüksək
nəticəsini verdi. Belə ki, neft sektoru ilə bərabər, qeyri neft sektorlarına, o
cümlədən kənd təssərüfatına göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkə əhalisi
karantin dövründə fəal əməklə məşğul olmasalar da belə heç bir maddi sıxıntı çəkməyib.
Savadlı, layiqli gənc kadrların vəzifələrə təyinatı dövlət başçısı tərəfindən
düzdün strategiya ilə aparılmasının nəticəsidir ki, dünyanın düçar olduğu bu bəla
zamanı potensial enerjili kadrların gərgin işi nəticəsində ölkəmizin istər
siyasi istərsədə maddi durumunda heçbir problem yaşanmadı.
Minlərlə şəhidimizin
və qazilərimizin qanı bahasına qazanmış olduğumuz müstəqilliyimizin qorunub
saxlanılması üçün Cənab Prezidentimizin yorulmadan apardığı uğurlu
daxili və xarici siyasətə dəstək vermək ölkəmizin hər bir vətəndaşının
müqəddəs vəzifəsi və mənəvi borcudur.
Pandemiya ilə əlaqədar
verilən tapşırıqlara uyğun olaraq ölkə ərazisində olan bütün tibb müəssisələri
nəzarətə götürülüb hazırlıq vəziyyətinə gətirildi. Cənab Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın birillik əmək haqqlarının koronavirusla
bağlı fonda ianə etmələri ölkəmizdə olan imkanlı şəxslərin, sahibkarların, iş
adamlarının və sadə vətəndaşların da bu addımı atmasına vəsilə oldu. Cənab
Prezidentin tapşırığına uğun olaraq ÜST-ə və ölkədəki vəziyyətin idarə edilməsi üçün
maddi vəsait ayrıldı, doqquz modul tipli və hər biri 200 çarpayı olan xəstəxana
tikilməsi üçün sərəncam verildi. Bakı şəhərində Yeni Tibb Mərkəzini, Goranboy və
Qazax Xəstəxanalarının yeni tikilmiş binalarının açılışını ederək, koronavirusla
bağlı karantin xəstəxanası elan etdi.
Nazirlər
Kabineti yanında yaranmış operativ qərargahın və TƏBİB-in göstərişinə uyğun
olaraq 14 mart 2020-ci il tarixdə respublikanın bütün səhiyyə müəssisələrində
gücləndirilmiş iş rejimi həyata keçirildi. TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlının tapşırıq və qərarlarının operativ icra edilməsi
üçün bütün səhiyyə idarələri mərkəzi sistemə qoşularaq verilən tapşırıqları anında
yerinə yetirilməyə nail oldular.
Cənab
Prezidentin tapşırığına uyğun olaraq ixtisaslaşdırılmış tibb müəssələrində süni
tənəffüs aparatları işlək vəziyyətə gətirilərək, çatışmayan müəssisələrə verilməsi
üçün 200-dən çox süni tənəffüs aparatı ölkəyə
gətirildi. Məhz bu operativ qərarların nəticəsi olaraq, tibb işçilərinin yüksək
səyi nəticəsində, hüquq mühafizə orqanlarının yaxından köməyi və ölkə əhalisinin”
Evdə qal” çağırışına yaxından dəstəyi nəticəsində pandemiya məruz qalmış 212 dövlət arasında dövlətimiz uğurla işləri
davam etdirirək görtəriciləri müsbətə doğru gedir.
Xocalı
Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsi TƏBİB-in bir qurumu olaraq
verilən tapşırıqları yerinə yetirilməsi və əhalinin tibbi maarifləndirilməsi,
tibbi müayinənin aparılması, risk qrupuna daxil olan şübhəli şəxslərdən
Nazofaringal laborator analizlərin götürülməsi üçün bütün heyəti ilə çalışır.
14 mart 2020-ci il tarixdən gücləndirilmiş iş rejiminə və verilən tapşırıqlara
uyğun olaraq əhalinin yerlərdə müayinəsi, baş verə biləcək fəsadların vaxtında
qarşısının alınması, şübhəli şəxslərin
laborator müayinə olunaraq ixtisaslaşdırılmış xəstəxanaya təxliyə edilməsi üçün
sahə tibb həkimi və sahə tibb bacıları cəlb olunmuşdur. Bir həftə müddətində 8
minə yaxın rayon vətəndaşı tibbi müayinədən keçrildi və hal-hazırda müayinələr
onlayn sistemlə davam etdirilir. 300 nəfərdən artıq şəxsdən nazofaringal laborator analiz götrülərək
Şəmkir, Gəncə, İmişli laboratoriyalarına göndərilmişdir.
Sevindirici
haldır ki, müayinə olunanlar və laborator analizlər götrülənlər arasında koronavirusla
bağlı yoluxma və ölüm halı aşkar edilməmişdir.
Operativ Qərərgah
tərəfindən verilən gündəlik tapşırıqlar direktor tərəfindən nəzarətə götürülür,
tibb işçilərinə lazımı tapşırıqlar və məsləhətlər verilir. Karantin dövründə xəstəxanaya
müraciət etmiş xəstələr tərəfimizdən müayinə və müalicəsi mümkün olmadıqda zərurət
tələb edilən hallarda Bakı və Gəncə şəhərlərinə
ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.
26 aprel 2020-ci
il tarixli “Azərbaycan” və “Xocalının səsi”
qəzetlərində kollektivimizin gördüyü işlər və qarşıda duran vəzifələr barəsində
geniş məqalə dərc edilmişdir.
Məskunlaşdığımız
Aşağı Ağcakənd və ətraf qəsəbələrin, o cümlədən Gəncə şəhər Bayan küçəsində əhalimizin
məskunlaşdığı yataqxanaların, Yeni qəsəbə -2-nin və Goranboy Yeni yaşayış
massivinin dəfələrlə dezinfeksiya edilməsində təhkim edilmiş tibb işçiləri
yaxından iştirak ediblər.
Dünyanı ağuşuna
almış pandemiyadan vətəndaşlarımızın qorunması, sağlamlığının keşiyində durulması,
tibbi müayinələrin vaxtlı-vaxtında aparılması, risk altında olan və şübhəli şəxslərin
laborator müayinələrə cəlb edilməsində bir kollektiv olaraq hərkəs öz məsuliyyətini
dərk edib üzərinə düşən vəzifəsini yerinə yetirməyə çalışır.
Dövlətimizin
müstəqilliyinin qorunub saxlanılması üçün sağlam ruhlu və sağlam əqidəli vətəndaşların
yetişməsi üçün sağlam düşüncə lazımdır ki,bu da biz tibb işçilərinin əhalinin
sağlamlığının keşiyində durmağımızdan asılıdır.
Aqil
MƏMMƏDOV,
“Tərəqqi “ ,Cümhuriyyət 100 Medal
Mükafatçısı
“Xocalı
RMX-sı” PHŞ-nin direktoru